Dekabrın 1-dən restoranların fəaliyyəti üzrə saat  məhdudiyyəti ləğv olunacaq
Dekabrın 1-dən restoranların fəaliyyəti üzrə saat məhdudiyyəti ləğv olunacaq

Dekabrın 1-dən restoranların fəaliyyəti üzrə saat məhdudiyyəti ləğv olunacaq.

Bu barədə Koordinasiya Şurasının iclasından sonra İdarələrarası Koordinasiya Şurasının operativ qərargahının rəhbəri Qiorqi Ğibradze bildirib.

“Dekabrın 1-dən yalnız yaşıl statusla qonaq qəbul edə bilən restoranlarda saatlıq məhdudiyyətlər götürüləcək. Konkret olaraq, bütün restoranlar dekabrın 1-dən müştəriləri yalnız yaşıl status halında qəbul edəcəklər, dekabrın 1-dən isə saatlıq məhdudiyyət aradan qaldırılacaq, onlar lazımi saat qədər işləyə biləcəklər”, – Qiorqi Ğibradze bildirib.

Məlum olduğu kimi, yaşıl pasport dekabrın 1-dən qüvvəyə minəcək.

Yaşıl pasport iki dəfə peyvənd edilmiş və ya 72 saatlıq “PCR” testindən və ya 24 saatlıq antigen testindən keçmiş və ya koronavirus keçirmiş şəxsə verilir.

Yaşıl pasportlar restoran, kafe və barlar, kinoteatrlar, teatrlar, opera, konsert zalları, əyləncə məkanları, kazinolar, spa, fitnes mərkəzləri, mehmanxanalar və dağ kurortlarının açıq və qapalı məkanı, həmçinin kanatlarda da tələb olunacaq.

Bu gün restoranların fəaliyyətində saatlıq məhdudiyyətlər qüvvədədir və onlar saat 23:00-a qədər açıqdır.