Deimon Uilson - Gürcüstanın NATO-ya qoşulmasına şərait yaratmaq üzərində çalışırıq
Deimon Uilson - Gürcüstanın NATO-ya qoşulmasına şərait yaratmaq üzərində çalışırıq

Atlantik şura, NATO-nun növbəti sammiti üçün Gürcüstan haqqında hesabat hazırlayır.

Atlantik şuranın vitse-prezidenti Deimon Uilson bəyan edir ki, sənədin bir hissəsi Gürcüstana fevralın sonunda göndəriləcək.

Bu mövzu ilə bağlı Uilson Vaşinqtonda, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə görüş zamanı danışmışdı.

“Atlantik şurada çalışırıq ki, Gürcüstan haqqında hesabat ona görə hazırlanır ki, yay fəslində NATO sammitinə Gürcüstan və Ukraynanın ilə bağlı müvafiq əhval-ruhiyyə və fikir yaradılsın. Hesabatın yarısı bu ayın sona qədər, digər hissəsi isə, mayda təqribən müstəqillik günü üçün göndəriləcək” – dedi Uilson.