Dedoplistsğaroda yerləşən Samuxi vadisində köçəri quşların ovlanması müvəqqəti qadağan edilib
Dedoplistsğaroda yerləşən Samuxi vadisində köçəri quşların ovlanması müvəqqəti qadağan edilib

 

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin əmrinə əsasən, Dedoplistsğaro munisipalitetinin ərazisində yerləşən Samuxi vadisində köçəri quşların ovlanması müvəqqəti qadağan edilib.

“Qeyd etmək lazımdır ki, Samux vadisində köçəri quşların ovlanması ceyranın bərpası layihəsinin həyata keçirilməsinə ciddi təhlükə yaradır. Atəş səsi ceyranları qorxudur, bu da onların davranışlarını dəyişməsinə səbəb olur – onlar sığınacaq axtarmaq və gizlənmək üçün açıq ərazilərdən meşə-kolluq ərazilərə keçirlər. Müvafiq olaraq, canavar üçün asan ov olur.

Qeyd olunanları nəzərə alaraq, Dedoplistsğaro munisipalitetində, Vaşlovani qoruğunun ərazilərinin sərhədi ilə Gürcüstan-Azərbaycan dövlət sərhədi arasındakı Samux vadisində 2023-cü il martın 1-dək köçəri quşların ovlanması qadağan edilir”-deyə yayılmış məlumatda deyilir.