Hollandiya iqtidarı Gürcüstanın sabiq prezidenti və Odessa əyalətinin sabiq qubernatoru Mixail Saakaşvilinin viza tələbini qane etdi.
Bu barədə məlumatı Hollandiyanın De Telegraaf nəşriyyatı yayır.
Hollandiyanın Ədliyyə Nazirliyi bu məlumatı təsdiqlədi.
Qəzetin yazdığına görə, Saakaşvilinin vizası Kiyevdə Hollandiya səfirliyinə verilib.
Öz tələbinin motivi olaraq, Saakaşvili ailəsi ilə birləşməyi göstərib.
Onun həyat yoldaşı Sandra Rulofs Hollandiya vətəndaşıdır.