Daxili İşlər Nazirliyində kadr dəyişiklikləri başladı.
Birinci kanalın məlumatına görə, sabiq nazirin müavinləri Şalva Xutsişvili, Merab Malania və David Vardiaşvili istefa ərizələrini yazdılar.
Birinci kanalın məlumatına görə, Tbilisi Polis Departamentinin rəhbəri Giorgi Aladaşvili və Daxili İşlər Nazirliyinin Kriminal Polis Departamentinin Narkotiklə mübarizə idarəsinin rəhbəri Ramaz Taraşvili də istefa verdilər.
Yeni Daxili İşlər Naziri Giorgi Qaxaria vəzifəsini icra etməyə dünən başladı və nazirliyin əməkdaşları ilə görüş keçirdi.