Davit Zilpimiani “Avropalı Sosialistlər” partiyasını tərk edib- bu barədə Zilpimiani sosial şəbəkədə yazıb.
O, partiyanı tərk etməsini bəzi məsələlərə dair fərqli baxışla əlaqələndirir.
“Mənim “Avropalı Sosialistlər” partiyasından getməyim hər hansı münaqişə və ya kiminləsə qarşıdurma ilə deyil, bəzi məsələlərə dair fərqli baxışla bağlıdır. Mənim üçün insani və mehriban münasibətlər həmişə çox vacib olub və indi də belədir və baxışlardakı fərq buna təsir edə bilməz”– deyə Zilpimiani sosial şəbəkədə yazır.