Davit Zalkaniani - "Şərq Partnyorluğu" Şərq Avropaya yeni imkanlar yaratdı
Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani Batumi Beynəlxalq konfransının iştirakçıları üçün video-müraciət yaydı.
Onun dediyinə görə, Şərq Partnyorluğunun əsasının qoyulmasının 10 illik yubileyinə həsr olunan konfrans, öz iştirakçılarına keçən illər ərzində əldə etdikləri nailiyyətləri və gələcək planları analiz etmək imkanını təklif edir.
Zalkaniani qeyd edir ki, “Şərq Partnyorluğunun təşəbbüsü Şərq Avropaya yeni imkanlar yaradır və hər bir partnyor bu təşəbbüsdən öz faydasını gördü.
“Ən əsas da odur ki, Şərq Partnyorluğu demokratiya, qanunun aliliyi və insan hüquqlarına hörmətə əsaslanır, ki bunlar bu təşəbbüsün əsas nöqtəsidir” – deyir Xarici İşlər Naziri.
“Layiqli partnyorlar” adlı beynəlxalq konfrans Batumidə iyulun 11-12-də keçiriləcək
Konfransda Şərq Partnyorluğu ölkələrinin yüksək ranqlı nümayəndələri və tanınan tədqiqatçıları iştirak edəcəklər.