Davit Zalkaniani - Gürcüstan Avropalı partnyorları ilə daimi əlaqədədir ki, Tatunaşvili-Otxozoria siyahısına müvafiq reaksiya verilsin
Xarici işlər Naziri vəzifəsinə namizəd olan Davit Zalkanianinin bəyanatına görə, Tatunaşvili-Otxozoria siyahısı hazır olan dəqiqədən, iqtidar həmin siyahıyı təqdim edəcək.
Üç komitənin birləşdirilmiş iclasında müxalifət deputatı Giorgi Kandelaki gürcü tərəfinin Avropa İttifaqı ilə siyahının paylaşılması məsələsi üzrə çalışıb-çalışmadığı haqqında maraqlandı.
Zalkaniani isə cavab verdi ki, Gürcüstan Avropalı partnyorları ilə daimi əlaqədədir ki, Tatunaşvili-Otxozoria siyahısına müvafiq reaksiya verilsin.
Qeyd olunan siyahıyı Gürcüstan iqtidarı iyunun 15-nə qədər tyəqdim etməli idi, ancaq iqtidar tərkibindəki kadr dəyişikliklərinə görə, siyahı bu vaxta qədər hazır deyil.