Davit Zalkaniani - Ərazilərimizin işğal altında olduğu halda, strateji partnyorumuzla münasibətlərimizin gərginləşməsinə qətiyyən yol verməməliyik
Ümid edirəm ki, Azərbaycanda Davit Qareci ilə bağlı keçirilən görüş, strateji partnyorlara yaraşan konstruktiv şəkildə keçiriləcək, – bu bəyanatı Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani verdi.
Zalkaniani qeyd etdi ki, onun müavini Laşa Darsalia, Nazirliyin digər nümayəndəsi ilə bərabər bu məsələ ilə bağlı ilk görüşü keçirir.
“Görüş hələ başa çatmayıb. Biz Azərbaycanlı həmkarlarımızla daim əlaqədəyik və əminəm ki, bu məsələ iki strateji partnyora yaraşan bir şəkildə həll olunacaq. Bunu Azərbaycanlı həmkarlarımızdan aldığım məlumat əsasında deyirəm, hansılar çalışırlar ki, məsələ müsbət şəkildə həll olunsun. Yenə bir dəfə hərkəsə deyirəm, bu məsələdən özünə siyasi ballar yığmaq üçün istifadə etməni zamanı deyil. İki strateji partnyor arasında yaranan gərginlik ancaq Gürcüstanın əleyhinə olan qüvvələrin xeyrinə ola bilər” – dedi Davit Zalkaniani.