Davit Zalkaniani - Davit Qareci ilə bağlı öz mövqeyimizi bildirdik və Azərbaycanlı partnyorlarımızdan müvafiq cavabı gözləyirik
Davit Zalkaniani - Davit Qareci ilə bağlı öz mövqeyimizi bildirdik və Azərbaycanlı partnyorlarımızdan müvafiq cavabı gözləyirik

“Biz Davit Qareci ilə bağlı öz mövqeyimizi bildirdik və Azərbaycanlı partnyorlarımızdan da müvafiq cavabı gözləyirik, – bu barədə bəyanatı Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani Davit Qareci məsələsini şərhləndirərkən verdi.

Davit Zalkanianinin dediyinə görə, əsas odur ki, danışıqların birinci raundu keçirildi.

“Bu uzun sürən pauzadan sonra, danışıqların ilk raundudur. Məsələnin bu yerdə olması isə, bizə qalan ağır post-sovet mirasıdır. Bütün problemlər təbii ki, danışıqların bir və ya iki raundu ilə həll oluna bilməz. Onu bildirmək istəyirəm ki, hər iki tərəfin marağındadır ki, bu məsələ strateji maraqlarımıza uyğun şəkildə həll olunsun, başqa cür mümkün deyil, çünki, Gürcüstan və Azərbaycan arasındaki münasibətlərin gündəmində məhz strateji partnyorluq durur” – dedi Davit Zalkaniani.