Davit Zalkaniani - Amerika Konqresində Gürcüstanın işğalı haqqında müzakirə bizə açıq dəstəyin nümayişidir
Davit Zalkaniani - Amerika Konqresində Gürcüstanın işğalı haqqında müzakirə bizə açıq dəstəyin nümayişidir

Gürcüstanın Xarici işlər Naziri David Zalkanianinin bəyanatına görə, Gürcüstanın ABŞ tərəfindən möhkəm dəstəyi var və Konqresdə Gürcüstan ərazilərinin işğal edilməsinin on illiyi ilə bağlı aparılan müzakirə bu dəstəyin nümayişidir.

Onun dediyinə görə, son dövrdə, ABŞ Gürcüstana konkret qanunverici təşəbbüslərdə, bəyanatlarda və deklarasiyalarda iki partiyalı açıq dəstək verdi.

“Amerika Konqresində daim Gürcüstana dəstək verən bəyanatlar eşidilir və bu da onu göstərir ki, Gürcüstan Amerikanın siyasi gündəmindəki əsas məsələlərdən biridir” – dedi David Zalkaniani.

Amerika Birləşmiş Ştatlarının Konqresində, qüvvədə olan Avropa təhlükəsizliyi və əməkdaşlıq komisiyası (Helsinki komisiyası) çərçivəsində, iyulun 17-də – “Rusiya tərəfindən Gürcüstanın işğalı və beynəlxalq qaydaların çalxalanması” adlı müzakirə aparıldı.