Davit Zalkaniani - ABŞ-ın Gürcüstandaki yeni səfiri ilə mütləq sıx əməkdaşlığımız olacaq
Amerika Birləşmiş Ştatlarının Gürcüstana yeni səfirinin təyin olunmasını salamlayırıq və yeni səfirlə sıx əməkdaşlığımız olacaq, – bu bəyanatı Gürcüstanın Xarici İşlər Naziri davit Zalkaniani, Gürcüstana ABŞ-ın yeni səfiri olaraq, Keli Deqnanın təyin ediləcəyi iddiaları ilə bağlı sualları cavablandırarkən verdi.
Davit Zalkanianinin dediyinə görə, yeni səfir Tramp administrasiyası tərəfindən Gürcüstana təyin edilən ilk səfir olacaq.
“Amerika Birləşmiş Ştatları bizim strateji partnyorumuzdur və ən əsas partyorumuzla əməkdaşlığımız bugün hər zamankindən daha sıxdır. Yeni səfirin təyin edilməsini salamlayıram. Əlbəttə ki, onunla fəal şəkildə əməkdaşlıq edəcəyik.
Gürcüstana səfir namizədi olaraq, adlandırılan Keli Deqnan hazırda Avropa və Afrikada ABŞ-ın dəniz-hərbi qüvvələrinin rəhbərinin siyasi müşaviridir.
1993-cü ildən etibarən, o müxtəlif ölkələrdə, onlarında arasında, Əfqanistanda, Türkiyədə, Botsvaniyada və Pakistanda işləyib.
Hazırda Gürcüstanda ABŞ səfirinin səlahiyyətlərini Elizabet Rud icra edir.