Davit Zalkaliani vəzifəsindən istefa verdi
Davit Zalkaliani vəzifəsindən istefa verdi

 
Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani vəzifəsindən istefa verdi.

Bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib.

Zalkaliani Amerika Birləşmiş Ştatlarında səfir olaraq fəaliyyətini davam etdirəcək.

Davit Zalkaliani 2018-ci il iyunun 21-dən Gürcüstanın xarici işlər naziri vəzifəsini icra edirdi, 2021-ci ilin yanvarın 21-dən isə Gürcüstanın vitse-baş naziri idi.