Davit Zalkaliani və ABŞ Dövlət Departamentinin müşaviri Derek Şole arasında telefon danışığı baş tutub
Davit Zalkaliani və ABŞ Dövlət Departamentinin müşaviri Derek Şole arasında telefon danışığı baş tutub

 

Gürcüstanın ABŞ-dakı səfiri Davit Zalkaliani və ABŞ Dövlət Departamentinin müşaviri Derek Şole arasında söhbət baş tutub. Bu barədə “Facebook”-da Davit Zalkalianinin rəsmi səhifəsində məlumat yayılıb.

Məlumatda qeyd olunub ki, tərəflər Gürcüstan-ABŞ strateji tərəfdaşlığını vurğulayaraq, yüksək səviyyəli sıx təmasların aktivləşdirilməsi də daxil olmaqla, onun daha da dərinləşdirilməsi üçün fəal işləməyə hazır olduqlarını bir daha təsdiqləyiblər. Tərəflər regiondakı cari hadisələri və Gürcüstanın Aİ-yə üzvlük planlarını, eləcə də Gürcüstanın Avro-Atlantik inteqrasiya məsələlərini və Madrid Sammitindən gözləntiləri müzakirə ediblər. Tərəflər Gürcüstanın baş nazirinin sülh qonşuluq təşəbbüsünü və gürcü tərəfinin regionda sülh və sabitlik üçün mühüm rol oynamağa hazır olmasını alqışlayıblar və müsbət qiymətləndirib, bu kontekstdə ABŞ-ın Cənubi Qafqaz bölgəsində sabitliyin təşviqində maraqlı olduğu vurğulanıb.

Səfir 30 illik Gürcüstan-ABŞ tərəfdaşlığı boyunca ABŞ-ın mühüm töhfəsinə və Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsi, Avro-Atlantik inteqrasiya, demokratik institutların gücləndirilməsi və iqtisadi artımın təşviqində güclü dəstəyinə görə minnətdarlığını bildirib. Görüşdə Amerika tərəfi ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiqləyib.

ABŞ Dövlət Departamentinin müşaviri Derek Şole mayın 18-19-da Gürcüstana səfər edəcək.