Davit Zalkaliani - tərəfdaşlarla intensiv işləyirik və Avropa İttifaqına daxil olma prosesimizi sürətləndirmək üçün cəsarətli addımlar atmaqdan çəkinməyəcəyik
Gürcüstanın xarici işlər naziri Davit Zalkalianinin sözlərinə görə, ölkənin Avropaya inteqrasiyası məsələsi ilə bağlı mütəmadi olaraq tərəfdaşlarla danışırlar.
Zalkalianinin Gürcüstanın Birinci Kanalına müsahibəsində də dediyi kimi, ölkənin Aİ-yə üzvlük prosesini sürətləndirmək üçün cəsarətli addımlar atmaqdan çəkinməyəcəklər.
“Bu barədə daim danışırıq. Bu, son telefon danışıqları zamanı, o cümlədən baş nazirin genişlənmə üzrə Avropa komissarı Varhei ilə telefon danışığı, prezidentin Brüsseldəki dünənki görüşləri, mənim cənab Borrell ilə söhbətimin əsas mövzusu bu idi. Söhbətin əsas mövzusu təhlükəsizlik məsələləri ilə yanaşı, bizim Avropa perspektivimiz və üzvlük məsələsi olub.
Parlamentin qətnaməsi çox yaxşıdır. Biz tərəfdaşlarımızla intensiv işləyirik və Aİ-yə üzvlük prosesimizi sürətləndirmək üçün cəsarətli addımlar atmaqdan çəkinməyəcəyik. Bu prosesin dönməz olması üçün bütün addımları atacağıq”-deyə Zalkaliani bildirib.
“Gürcü Arzusu” parlamentin büro iclasında Avropaya inteqrasiya prosesinə dair qətnamə layihəsini təqdim edib. Qətnamə layihəsində Gürcüstanın icraçı hakimiyyətini ölkənin Avropaya inteqrasiyası istiqamətində və Gürcüstanla Aİ arasında Assosiasiya Sazişini həyata keçirmək məqsədilə Gürcüstanı Aİ üzvlüyünə müvafiq şəkildə hazırlamaq üçün səylərini artırmağa çağırırlar. Bununla yanaşı, onlar Aİ-yə üzv dövlətləri və Aİ institutlarını Gürcüstanın Aİ-yə daxil olmasını sürətləndirmək üçün bütün lazımi addımları atmağa çağırırlar.