Davit Zalkaliani - söz verirəm, səfir olduğum müddətdə ABŞ ilə əlaqələrimiz daha yüksək səviyyəyə qalxacaq
Baş nazirə göstərdiyi etimada və dəstəyə görə təşəkkür etmək istərdim, bildiyiniz kimi, xarici siyasət ölkəmizin taleyini, onun gündəlik həyatını və gələcəyini əhəmiyyətli dərəcədə müəyyən edən əsas istiqamətlərindən biridir – bu barədə xarici işlər naziri vəzifəsindən istefa vermiş və Gürcüstanın ABŞ-dakı səfiri təyin edilən David Zalkaliani bildirib.
“Bu il diplomatik xidmətdə 30 ilimi tamamladım və hesab edirəm ki, öz fəaliyyətimlə dövlətçiliyimizin qurulmasına, ölkəmizin beynəlxalq aləmdə yer almasına mühüm töhfə vermişəm və bu 30 il çox mühüm, ciddi çağırışlarla dolu idi” – deyə Zalkaliani qeyd edib və nazir olduğu dövrdə mövcud çağırışlar və nailiyyətlər barədə danışıb.
“Ən aşağı vəzifədən başladım, 1992-ci ildə attaşe idim. Xarici İşlər Nazirliyinə getdim. Son dörd ildə bu qurumun , diplomatik xidmətin rəhbəri olmaq mənim üçün böyük şərəf idi, bu böyük məsuliyyət və hər şeydən əvvəl böyük etimaddır. Bu missiyanı yerinə yetirməkdə mənə göstərdikləri etimada görə komandaya təşəkkür edirəm. İstər əsas xarici siyasət kursumuz olan Avropa və Avro-Atlantik inteqrasiya istiqamətində, istərsə də ölkəmizin əsas problemlərindən biri olan işğal istiqamətində xeyli nailiyyətlər əldə olunub və Gürcüstan buna nail olub. Mən fəxrlə demək istəyirəm ki, biz bütün beynəlxalq formatlarda öz mövqelərimizi çox aydın şəkildə müdafiə etmişik. İstər BMT, istər ATƏT, istər Avropa İttifaqı, istər Avropa Şurası olsun, hər yerdə təmsil olunurduq. Gürcüstan bütün platformalarda aparıcı mövqelərdə olub. Bütün məsələlər müzakirə edilərkən bizim məsələlərimiz aktual idi, o cümlədən xarici siyasətimizin əsas prioritetlərindən biri olan Avropa və Avro-Atlantik inteqrasiya da.
Fəxr edirəm ki, nazir olduğum müddətdə biz müstəqil Gürcüstanın tarixində ilk dəfə olaraq ən yüksək legitimliyin daşıyıcısı olan və xarici siyasətimizin əsas istiqamətini aydın şəkildə əks etdirən Xarici Siyasət Strategiya Sənədini təsdiqləmişik.
Cənab baş nazirlə Assosiasiya Sazişinin müzakirəsi prosesində iştirakımdan, onun paraflanması və daha sonra imzalanmasından qürur duyuram. Dərin və hərtərəfli ticarət də daxil olmaqla. Daha sonra viza rejiminin liberallaşdırılması baxımından artıq mühüm irəliləyiş əldə etmişik. Hesab edirəm ki, nazirliyimin ən uğurlu mərhələsi Avropa İttifaqına daxil olmağımızla bağlı edilən müraciət oldu. Bu münasibətlə əziz həmkarım və dostum İliyaya uğurlar arzulayıram. Çünki bu, bizim üçün, ölkəmiz üçün ən ciddi çağırışdır və burada heç vaxt olmadığı kimi hamının birliyinə, həm icraçı, həm də qanunverici orqanın birləşməsinə ehtiyacımız var. Düşünürəm ki, bu belədə olacaq” – deyə Zalkaliani bildirib.
Zalkalianinin də qeyd etdiyi kimi, o, səfir olduğu müddətdə Gürcüstan-ABŞ münasibətlərinin daha yüksək səviyyəyə qalxacağına söz verir.
“Yeni vəzifəmdə göstərdiyiniz etimada görə sizə təşəkkür etmək istəyirəm. Gürcüstanı əsas strateji tərəfdaşımız olan ABŞ-da təmsil etmək böyük məsuliyyətdir. Söz verirəm ,əvvəllər fəaliyyətimdə göstərdiyim yüksək məsuliyyətlə, yeni vəzifədə bundan sonra da daha böyük məsuliyyətlə çalışacağam. Söz verirəm, səfir olduğum müddətdə ABŞ ilə əlaqələrimiz daha yüksək səviyyəyə qalxacaq “- deyə Davit Zalkaliani bildirib.
Davit Zalkaliani Gürcüstanın xarici işlər naziri vəzifəsindən istefa verib. Zalkaliani Gürcüstanın ABŞ-dakı səfiri kimi fəaliyyətini davam etdirəcək. İlia Darçiaşvili xarici işlər naziri təyin edilib.