Davit Zalkaliani - NATO-nun baş katibi Alyansın qəbul etdiyi qərarlara yenidən baxılmayacağına dair dəqiq mövqe ortaya qoyub
Davit Zalkaliani - NATO-nun baş katibi Alyansın qəbul etdiyi qərarlara yenidən baxılmayacağına dair dəqiq mövqe ortaya qoyub

Gürcüstanın baş nazirinin müavini və xarici işlər naziri Davit Zalkaliani bu gün Brüsseldə NATO-nun baş katibi İens Stoltenberq ilə görüşünü dəyərləndirərkən deyib ki bu, NATO-nun baş katibi ilə çox səmərəli görüş oldu və bütün gözləntiləri görüşdə bir daha təsdiqləndi.

“Baş katib aydın mövqe nümayiş etdirib ki, NATO-nun qərarlarına yenidən baxılmayacaq, əsas prioritet və qırmızı xətlər Gürcüstanın suverenliyi və ərazi bütövlüyü və Avro-Atlantik inteqrasiyamızdır”, – David Zalkaliani bildirib.

O bildirib ki, NATO Rusiya Federasiyası ilə dialoqu davam etdirməyə hazırdır və müzakirə edilə bilən sahələr var, lakin nazirin sözlərinə görə, çox dəqiq müəyyən edilmiş qırmızı xətlərdə heç bir güzəşt olmayacaq.

Xarici işlər nazirinin qeyd etdiyi kimi, Gürcüstanın gündəliyi NATO-ya inteqrasiya istiqamətində saxlanılacaq.

“Biz NATO tərəfdaşları ilə sıx koordinasiyada hər şeyi edəcəyik ki, bu prosesə zərər vurulmasın və planlaşdırdığımız hər hansı tədbirlər vaxtında baş versin və bizə mühüm real nəticələr əldə etməyə imkan verəcək müvafiq məzmunla yüklənsin,- dedi Zalkaliani.