Davit Zalkaliani Moldovanın xarici işlər naziri ilə telefon danışığı aparıb
Davit Zalkaliani Moldovanın xarici işlər naziri ilə telefon danışığı aparıb

 

Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Davit Zalkaliani ilə moldovalı həmkarı Niku Popeskus arasında telefon danışığı baş tutub. Bu barədə sosial şəbəkədə Davit Zalkaliani yazır.

“Moldovalı həmkarım Niku Popeskus ilə telefon danışığım oldu. Biz regiondakı mürəkkəb vəziyyəti və Ukraynada davam edən müharibəni dərinləməsinə müzakirə etdik. Ölkələrimizin Avropa istəklərini təmin etmək üçün koordinasiyalı şəkildə hərəkət etməyə dair razılaşdıq” – deyə Gürcüstanın xarici işlər naziri “Twitter”-də yazır.