Davit Zalkaliani - Kirbala yaxınlığında Gürcüstan vətəndaşının öldürülməsini və daha bir vətəndaşın qanunsuz saxlanmasını pisləyir, tərəfdaşlarımızı müvafiq qiymətləndirmə və cavab verməyə çağırırıq
Davit Zalkaliani - Kirbala yaxınlığında Gürcüstan vətəndaşının öldürülməsini və daha bir vətəndaşın qanunsuz saxlanmasını pisləyir, tərəfdaşlarımızı müvafiq qiymətləndirmə və cavab verməyə çağırırıq

Gürcüstanın ABŞ-dakı səfiri Davit Zalkaliani bildirir ki, Rusiya işğalçı qüvvələri tərəfindən Kirbala yaxınlığında bir Gürcüstan vətəndaşının öldürülməsi və daha bir vətəndaşın qanunsuz saxlanması Rusiyanın qeyri-qanuni işğalının daha bir faciəvi nəticəsidir.

Gürcüstan səfiri tərəfdaşları müvafiq qiymətləndirmə və cavab verməyə çağırır.

“Biz Qori Munisipalitetinin Kirbala kəndi yaxınlığında bir Gürcüstan vətəndaşının öldürülməsini və daha bir Gürcüstan vətəndaşının Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanmasını qətiyyətlə pisləyirik. Bu, Rusiyanın qanunsuz işğalının daha bir faciəli nəticəsidir. Biz tərəfdaşlarımızı müvafiq qiymətləndirmə və cavab verməyə çağırırıq” –deyə Davit Zalkaliani “Twitter”də yazır.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, Kirbala kəndi yaxınlığında, işğal altındakı ərazidə yerli sakinin qanunsuz saxlanılmasına cəhd edilən zaman Rusiya işğalçı qüvvələri tərəfindən açılan atəş nəticəsində Gürcüstan vətəndaşı dünyasını dəyişib.