Davit Zalkaliani İspaniyanın baş naziri ilə görüşdü
Davit Zalkaliani İspaniyanın baş naziri ilə görüşdü

BMT-nin Ümumdünya Turizm Təşkilatının icraçı şurasının 113-cü sessiyası çərçivəsində, Gürcüstanın Xarici İşlər Naziri David Zalkaliani İspaniyanın baş naziri Pedro Sançes ilə görüşdü.

Bu haqda məlumatı Xarici İşlər Nazirliyi yayır.

Nazir İspaniyanın baş nazirinə, Gürcüstanın baş nazirinin Gürcüstana dəvətini çatdırdı və yaxın zamanda onu Gürcüstanda qonaq etmək niyyətini bildirdi.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanında söhbət Gürcüstan-İspaniya arasındaki əməkdaşlıq və Gürcüstanın Avropaya inteqrasiya yolunda, İspaniyanın Gürcüstana verdiyi dəstək haqqında söhbət edildi.