Davit Zalkaliani İspaniya kralı ilə görüşdü
Davit Zalkaliani İspaniya kralı ilə görüşdü

Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaliani, İspaniya kralı tərəfindən BMT-nin Dünya Turizm Təşkilatının icraçı şurasının üzv ölkələrinin nümayəndə heyyətləri üçün verilən qəbulda iştirak etdi və orada kral Altıncı Filipe ilə görüşdü.

Bu haqda məlumatı Xarici İşlər Nazirliyi yayır.

İdarənin məlumatına görə, İspaniya kralı regionda və Gürcüstanda mövcud olan vəziyyətlə maraqlandı.

Davit Zalkaliani Altıncı Filipeyə Gürcüstana verdiyi dəstək üçün təşəkkür etdi.

Nazirliyin məlumatına görə, qəbulda həmçinin, BMT-nin Dünya Turizm Təşkilatının baş katibi və həmin vəzifəyə ikinci dəfə təqdim edilən Zurab Pololikaşvili də iştirak edirdi.