Davit Zalkaliani - işğal olunmuş ərazilərdə cinayət işləyən şəxslərə qarşı məhdudiyyətlərin aktivləşməsi üçün intensiv olaraq əməkdaş ölkələrlə işləyirik
Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkalianinin məlumatına əsasən, Gürcüstanda akreditasiya olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşün əsas mövzusu “Tatunaşvili-Otxozoriya siyahısıdır”ilə əlaqədar tanışlıq idi.
Nazirin məlumatına əsasən, səfirlər siyahının formalaşmasının han sı kriteriumlara əsasən baş verdiyi ilə detallı şəkildə tanış oldular.
Eləcə də söhbət, bu istiqamət üzrə konkret addımların atılması ilə əlaqədar da oldu. Nazir səfirlərə Avroparlamentin qətnaməsini bir daha yada saldı və qeyd etdi ki, Avropa İttifaqı ölkələri müvafiq sanksiyalıar qəbul etməlidirlər.
Nazir eləcə də, ABŞ-ın nümayəndəlik palatasının qanunvericilik təşəbbüsünü müsbət qiymətləndirdi. Təbiidir ki, bütün ölkələrin individual mövqesi var və hər kəs qanunvericilik çərçivəsində davranacaq. Bunun üçün ölkənin koordinasiyalı fəaliyyətə ehtiyacı var.
Gürcüstanın Xarici İşlər naziri Davit Zalkaliani, Gürcüstanda akreditasiya olunmuş diplomatik korpusun nümayəndələri ilə idarədə görüşdü. Görüşün əsas mövzusu “Tatunaşvili-Otxozoriya siyahısıdır”.
“Tatunaşvili-Otxozoriya siyahısı” barədə layihəni Gürcüstan höküməti 26 iyunda təsdiq edib Parlamentə təqdim etdi. Siyahıda hazırki mərhələdə 33 şəxs var.