Davit Zalkaliani - Haaqa Məhkəməsinin qərarı ciddi qələbədir və qərar müharibə cinayətləri ilə bağlı iddianın müddətinin olmadığını vurğulayır
Davit Zalkaliani - Haaqa Məhkəməsinin qərarı ciddi qələbədir və qərar müharibə cinayətləri ilə bağlı iddianın müddətinin olmadığını vurğulayır

 

Haaqa Məhkəməsinin qərarı müharibə cinayətinin nə zaman törədilməsindən asılı olmayaraq, onun diqqətdən kənarda qalmayacağını , hərbi cinayətlərlə bağlı iddianın müddətinin olmadığını vurğulayır-bu barədə Gürcüstanın xarici işlər naziri, Davit Zalkaliani bildirib.

Xarici işlər naziri hərbi cinayətlər törətmiş bütün şəxslərin layiqincə cəzalandırılacağına əmin olduğunu bildirib.

“İlk növbədə demək istəyirəm ki, bu, çox ciddi qələbə və çox vacib qərardır , qərar müharibə cinayətinin nə zaman törədilməsindən və nə qədər vaxt keçməsindən asılı olmayaraq diqqətdən kənarda qalmayacağını və hərbi cinayətlərlə bağlı iddianın müddətinin olmadığını vurğulayır. Buna görə də, 2008-ci ildə Gürcüstan əhalisinə qarşı törədilən cinayətləri Haaqa Beynəlxalq Məhkəməsi sonunadək öyrənəcək. Təbii ki, bu istintaq prosesidir, hələlik 3 nəfərlə bağlı elan edildi, lakin proses davam edir və proses ardıcıl şəkildə aparılacaq. Buna əminəm və hərbi cinayətlər törədənlərin hamısı layiqincə cəzalandırılacaq” – deyə Zalkaliani bildirib.

Bununla yanaşı, Haaqa Məhkəməsinin qərarlarının “Rusiyaya da çatacağını” gözləyib-gözləməməsi ilə bağlı ünvanlanan suala Gürcüstanın xarici işlər naziri cavabında siyahının geniş olduğunu və heç nəyi istisna edilmədiyini bildirib.

“Siyahı genişdir və təbii ki, Haaqa Məhkəməsinin müharibə cinayətləri törədən şəxsləri araşdırdığı siyahısı da çox genişdir, heç bir şey istisna edilmir və orada təbii ki, beynəlxalq məhkəmə buna layiqli yerini göstərəcək”-deyə David Zalkaliani bildirib.

Avqust müharibəsi zamanı gürcü mülki əsirlərə qarşı işgəncə və qeyri-insani rəftar epizodunda məhkəmənin prokuroru Kərim Xan üç nəfərin həbsinə dair order çıxarıb. Prokuror aşağıdakı şəxslərin saxlanılmasına dair order verilməsini tələb etdi: Mixail Mindzaev 2005-ci ildən 2008-ci ilin oktyabrına qədər dırnaq arası Cənubi Osetiyanın “daxili işlər naziri” vəzifəsini icra edib. Qamlet Quçmazov dırnaq arası Cənubi Osetiyanın “Daxili İşlər Nazirliyi”-nin istintaq təcridxanasının rəisi olub, David Sanakoyev isə dırnaq arası Cənubi Osetiya “prezidentinin” insan haqları məsələləri üzrə nümayəndəsi olub.