Davit Zalkaliani - Gürcüstandan regional hab olaraq istifadə etməyə dair tərəfdaşlarımıza etdiyimiz təklif qlobal sülhə töhfədir
Davit Zalkaliani - Gürcüstandan regional hab olaraq istifadə etməyə dair tərəfdaşlarımıza etdiyimiz təklif qlobal sülhə töhfədir

 

NATO əməliyyatlarında iştirakımız ortaq dəyərlərə əsaslanan əməkdaşlıqdır. Əfqanıstanda bu missiya başlayanda bir yerdə idik və tərk etmə zamanı da bir yerdəyik” -deyə Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani bildirib.

Onun sözlərinə görə, Gürcüstanın Qərb tərəfdaşlarına , ölkədən NATO hərbçiləri tərəfindən Əfqanıstanı tərk edərkən tranzit dəhlizi kimi istifadə edilməsinə dair təklifi, Gürcüstanın qlobal sülh üçün töhfəsidir.

“NATO və AB-yə inteqrasiya proseslərindən danışarkən, bölgədəki rolumuzu da vacib komponent olaraq qəbul edirik. Tərəfdaşlarımız üçün maraqlı olmalıyıq, bölgədəki son dərəcə vacib strateji rolumuzu və bizə olan ehtiyyacı göstərməliyik. Biz daim bu istiqamətdə səy göstəririk. NATO əməliyyatlarında iştirakımız ortaq dəyərlərə əsaslanan əməkdaşlıqdır. Bu səbəbdən Əfqanıstanda bu missiya başlayanda da bir yerdə idik və tərk etmə zamanı da bir yerdəyik.

Biz Gürcüstanın tərəfdaşlarına Gürcüstandan regional hab olaraq istifadə etmələrini təklif etdik və bunun yalnız lojistik mənası yoxdur, bu NATO və bütövlükdə mədəni dünyanın can atdığı qlobal təhlükəsizlik və sülhə siyasi qatqımızdır” -deyə Davit Zalkaliani bildirib.