Davit Zalkaliani - Gürcüstan dinc əhaliyə qarşı zorakılığı və raket hücumlarını qınayır
Gürcüstanın vitse-premyeri və Xarici İşlər Naziri Davit Zalkaliani İsrail və Qəzza sektoru arasında baş verən silahlı qarşıdurmaya səslənir və bu barədə sosiyal şəbəkədə yazır.
“Gürcüstan iqtidarı İsrail və Qəzza sektorunda baş verən hadisələri diqqətlə izləyir. Gürcüstan regionda sülhün və sabitliyin pozulmasını və dinc əhaliyə qarşı zorakılığı və raket hücumlarını qınayır. Regionda gərginliyin deeskalyasiyasının alternativi yoxdur”, – yazır Zalkaliani öz “Tvitter” səhifəsində.
İsrailin məlumatına görə, Qəzza sektorundan İsrailə doğru gecə saatlarında 1000-dən artıq raket atıldı. İsrail ordusunda bəyan edirlər ki, onlardan 850 raket İsrail tərəfinə düşdü, 200 isə, Qəzza sektoruna düşüb. Cavab tədbiri olaraq, İsrail Qəzza sektorunda “Hamas” hərəkatının 500 obyektini dağıdıb. Qəzza sektorunda bəyan edirlər ki, 35 nəfər həlak olub.
İsrail və “Hamas” arasındaki gərginliyin kəskinləşməsinə Yerusalim şəhərinin şərq hissəsində baş verən hadisələr oldu. İsrail iqtidarı Yerusalimdən 70-dən artıq ailənin çıxardılmasını planlayır. Qüdsülülər isə, bu qərarı küçələrdə etiraz etdilər və bu etiraz daha sonra Al Aksa məscidinin yanında polislə əhali arasında qarşıdurmaya çevrildi.
Beynəlxalq ictimaiyyət İsrailə müraciət etdi ki, əhalinin Yerusalimdən çıxardılmasını dayandırsın, ancaq İsrail iqtidarı bəyan edir ki, Yerusalim İsrailin paytaxtıdır və orada inşaat işləri aparılacaq.