David Zalkaliani - ABŞ-ın 2022-ci maliyyə ili üçün olan qanunlayihəsi, Gürcüstana yönəlik konqresin daha bir açıq, ikipartiyalı dəstək mesajıdır
David Zalkaliani - ABŞ-ın 2022-ci maliyyə ili üçün olan qanunlayihəsi, Gürcüstana yönəlik konqresin daha bir açıq, ikipartiyalı dəstək mesajıdır

2022-ci maliyyə ili üçün ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsi tərəfindən təsdiqlənən qanunlayihə ABŞ Konqresinin daha bir açıq, ikipartiyalı dəstəyinin mesajıdır- deyə Gürcüstan Xarici İşlər naziri Davit Zalkaliani, Gürcüstanın bölgələrinin deokupasiyası və tanınmaması baxımından yazının olduğu ABŞ-ın 2022-ci maliyyə ili üçün olan dövlət büdcəsi ilə əlaqədar bəyanat verib.

Söhbət, digər məsələlər ilə birlikdə , ABŞ-ın tərəfdaş ölkələrə dəstək və yardım baxımından prioritetlərini müəyyənləşdirən qanunlayihədən gedir.

Zalkalianinin sözlərinə görə, bəhsi keçən qanunvericilik aktı ABŞ konqresi tərəfindən daha bir açıq, ikipartiyalı dəstək mesajıdır.

“Bizim üçün Gürcüstan məsələsinin ABŞ-ın həm qanunverici , həm də icraçı hökumətinin gündəmindəki prioritet istiqamətlər sırasında olması vacibdir və strateji tərəfdaşlığımızın  gündəmində aktual olan o əsas istiqamətlər məhz bu qanunvericilik aktında ifadə olunub.

Bu qanunvericilik aktı tanınmama baxımından əhəmiyyətlidir, çünki əvvəlki qətnamə və qanunvericilik aktında olduğu kimi, Gürcüstanın işğal olunmuş ərazilərinə yönəlik istənilən rəsmi əlaqələrin ABŞ-ın müvafiq maliyyə reaksiyası və maliyyə məhdudluğu ilə nəticələnəcəyini bir daha vurğulayır. Fikrimcə , bu beynəlxalq rıçaqlardan biri və tanınmama siyasətimiz istiqamətində mexanizmdir” -deyə Zalkaliani qeyd edib.

Onun sözlərinə görə, qanunvericilik aktı yanında müvafiq izahat kartları da var, orada Gürcüstanın adı ABŞ-ın kritik müttəfiqləri arasında çəkilib.

“Bu fakt , ABŞ-ın Gürcüstan ilə əməkdaşlıqda və onunla, ABŞ-ın ən yaxın müttəfiqi kimi əlaqələri dərinləşdirməkdə, çox əhəmiyyətli bir rola sahib olduğunu bir daha təsdiqləyir” -deyə Zalkaliani qeyd edir.