Davit Zalkaliani - Baş nazirin Azərbaycana səfəri zamanı hiss edilən ab-hava mənə ümid verir ki, Davit Qareci məsələsi hər iki tərəfin strateji maraqlarından irəli gələrək həll olunacaq
Davit Zalkaliani - Baş nazirin Azərbaycana səfəri zamanı hiss edilən ab-hava mənə ümid verir ki, Davit Qareci məsələsi hər iki tərəfin strateji maraqlarından irəli gələrək həll olunacaq

Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaliani baş nazir İrakli Ğaribaşvilinin Azərbaycana səfərini əhəmiyyətli olaraq, dəyərləndirir.

Onun dediyinə görə, əsas müzakirə mövzularından biri Davit Qareci məsələsi idi.

“Azərbaycana baş nazirin çox önəmli səfəri oldu. Əlbəttə ki, müzakirə mövzularından biri Davit Qareci məsələsi idi. Biz partnyorlarımızdan bu məsələnin strateji partnyorluğumuza və dostluğumuza müvafiq şəkildə, tez zamanda həll olunmasını gözləyirik.

Baş nazirin Azərbaycana səfəri zamanı hiss edilən ab-hava mənə ümid verir ki, Davit Qareci məsələsi hər iki tərəfin strateji maraqlarından irəli gələrək həll olunacaq”, – dedi Davit Zalkaliani.