Davit Zalkaliani ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə görüşüb
Gürcüstanın ABŞ-dakı səfiri Davit Zalkaliani ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə görüşüb.
Gürcüstan səfirliyinin məlumatına görə, tərəflər Gürcüstanın Avropa perspektivini və Gürcüstan-ABŞ strateji tərəfdaşlığının mühüm məsələlərini müzakirə ediblər.
Davit Zalkaliani Gürcüstanın 12 bəndlik plana və iddialı islahat gündəliyinə sadiqliyini vurğulayaraq, Gürcüstanın Avropa və Avro-Atlantik istəklərini dəstəklədiyinə görə dövlət katibinin köməkçisinə təşəkkür edib.