Davit Usupaşvili prezident seçkilərində iştirak edəcəyini istisna etmir
Davit Usupaşvili prezident seçkilərində iştirak edəcəyini istisna etmir

Davit Usupaşvili prezident seçkilərində iştirak edəcəyini istisna etmir.

Bu barədə bəyanatı “Şeneba Hərəkatının” (Şenləndirmə Hərəkatının) lideri Birinci Kanalın tok-şousunda iştirak edərkən verdi.

“Növbəti prezident seçkilərində iştirakımı istisna etmirəm. Bu barədə müzakirə aparırıq. Konkret planımız olacaq və onu prezidenr seçkilərinin təyin edilməsindən öncə tanıtmağı düşünürük” – dedi Davit Usupaşvili, Birinci Kanalın “Aktual mövzu” verlişində qonaq olduğu zaman.