Davit Usupaşvili - "Lelo"nun işçi qrupları ilə bağlı mövqeyi dəyişməzdir, parlament fəaliyyətinə komitə, büro və plenar iclas mərhələlərindən qoşuluruq
Xalq müdafiəçisinin seçilməsi ilə bağlı bizim mövqeyimiz ondan ibarətdir ki, parlament və parlament siyasi qrupları müvafiq qeyri-hökumət təşkilatlarının geniş dairəsi tərəfindən təklif olunan namizədlər arasından namizəd seçməlidirlər-bu barədə “Lelo” partiyasının üzvü Davit Usupaşvili bildirib.
Davit Usupaşvili “Lelo”nun parlament fəaliyyətində komitə, büro və plenar iclaslar mərhələsindən qoşulacağını bildirir.
“Lelo”nun işçi qrupları ilə bağlı mövqeyi dəyişməzdir. Parlament fəaliyyətinə komitə, büro və plenar iclas mərhələlərindən qoşuluruq. Xalq müdafiəçisinin seçilməsi ilə bağlı bizim mövqeyimiz ondan ibarətdir ki, parlament və parlament siyasi qrupları müvafiq qeyri-hökumət təşkilatlarının geniş dairəsi tərəfindən təklif olunan namizədlər arasından namizəd seçməlidirlər. Məhz əvvəlki ombudsman seçildiyi kimi. Qeyri-hökumət təşkilatlarının etimad göstərdiyi, iqtidarla müxalifətin birgə dəstəkləyəcəyi bir namizədi seçək. Ombudsmanı seçmək üçün 90 səs lazımdır, bu səbəbdən bu prosesi bu cür aparsaq, vətəndaş sektoru və cəmiyyət nümayəndələrinin dəstəyi ilə namizəd müxalifət və iqtidarın dəstəyini qazanar, o zaman biz öz vəzifəsini yerinə yetirəcək güclü namizədə malik olacağıq”- deyə Davit Usupaşvili bildirib.