Davit Usupaşvili - biz yaxşı namizədin adının çəkilməsində yox, yaxşı ombudsmanın seçilməsində iştirak etmək üçün hər şeyi edəcəyik, məsləhətləşmələrə hazırıq
Davit Usupaşvili - biz yaxşı namizədin adının çəkilməsində yox, yaxşı ombudsmanın seçilməsində iştirak etmək üçün hər şeyi edəcəyik, məsləhətləşmələrə hazırıq

 
“Lelo”nun namizəd irəli sürmək hüququ var, lakin biz yaxşı namizədin adının çəkilməsində yox, yaxşı ombudsmanın seçilməsində iştirak etmək üçün hər şeyi edəcəyik, böyük ehtimalla paylaşılmayacaq, çünki bizə 90 səs lazımdır-bu barədə “Lelo” siyasi qrupunun üzvü Davit Usupaşvili açıqlayıb.

Usupaşvili bildirib ki, onlar təkcə ombudsmanla bağlı deyil, həm də Ali Ədliyyə Şurasının qeyri-hakim üzvlərin seçilməsi ilə bağlı ciddi məsləhətləşmələrə hazırdırlar.

“Hakimiyyətin anlaşılmaz hərəkətlərinin prosesə necə zərər verdiyini hamımız gördük. Sentyabrda yeni qaydalar qəbul olundu, vəziyyəti mürəkkəbləşdirdilər, müsabiqə keçirdilər, özləri tərəfindən yaradılmış komissiyanın seçdiyi ən yaxşılardan imtina etdilər, ombudsman seçə bilmədik. Əvvəldən bizim mövqeyimiz belə idi ki, vəziyyəti mürəkkəbləşdirməyək və Lomcariyanı seçdiyimiz mövcud qanunla işləyək. İndi başlanğıc mövqeyinə qayıdırıq. Biz altı ay itirdik, gürcü xalqının nüfuzuna xələl gətirdik, dünyada suallar yaratdıq- bu insanlar oynayırlar mı, yoxsa nə edirlər, niyə əziyyət çəkirlər, axırda yenə də seçə bilmədilər. Ciddi zərbələr aldıq özü də ciddi sahədə”–deyə Davit Usupaşvili Gürcüstanın Birinci Kanalına açıqlayıb.