Davit Sergeenko baş nazir Mamuka Baxtadzenin müşaviri olacaq
Davit Sergeenko baş nazir Mamuka Baxtadzenin müşaviri olacaq

Sabiq Səhiyyə Naziri Davit Sergeenko baş nazir Mamuka Baxtadzenin müşaviri təyin olundu.

Bu barədə məlumatı baş nazir Mamuka Baxtadze bugün keçirilən brifinqdə, yeni Səhiyyə Nazirini təqdim edərkən verdi.

Baş nazir Səhiyyə Naziri vəzifəsinə Ekaterine Tikaradzeyi təyin etdi.

Davit Sergeenko isə, Səhiyyə Naziri vəzifəsində 2012-ci ildən çalışırdı.