Davit Saralidzenin qətlə yetirilməsinə görə həbs edilən Giorgi Menabdeyə həbs cəzası verildi
Davit Saralidzenin qətlə yetirilməsinə görə həbs edilən Giorgi Menabdeyə həbs cəzası verildi.
Məhkəmə iclasında, ittiham edən tərəf Menabde üçün həbs cəzasını, müdafiyə edən tərəf isə, ona qarşı cəza tədbirinin icra edilməməsini tələb edirdi.
Prokurorun əsas arqumenti – məsələdə mövcud olan dəlillər, ittiham edilən şəxsin gizlənmə ehtimalı və şahadlara edilə biləcək təzyiq idi.
Vəkil Davit Dadianin dediyinə görə, onun müdafiyəsi altında olan şəxsə qarşı əsas dəlil Xorava küçəsindəki işdə ittiham edilən Davit Barbakadzenin ifadəsi idi, hansı ki, istintaq orqanına illər sonra tamamilə fərqli ifadə verdi. Davit Dadiani bəyan edir ki, bu sənədləşdirilmiş ehtimal standartı deyil.
Məsələ ilə bağlı növbəti məhkəmə mayın 20-də, saat 12:00-da keçiriləcək.
Gürcüstanın Daxili İşlr Nazirliyi Davit Saralidzenin qətlə yetirilməsi ittihamı ilə yenə bir nəfəri, Giorgi Menabdeyi dünən həbs etdi.
İstintaqın məlumatına görə, həbs edilən şəxs Giorgi Canaşia və Mixeil Kalandia ilə bərabər qrup şəklində kəsici alətlə Saralidzeyi yaralayıb.
Menabdeyə verilən qərar 13-dən 17 ilə qədər azadlıqdan məhrum edilməyi nəzərdə tutur.
2017-ci ilin, dekabrın 1-də, Tblisidə, Xorava küçəsində, məktəb şagirdləri arasında baş verən münaqişə nəticəsində iki yeniyetmə Davit Saralidze və Levan Dadunaşvili həyatlarını itirdilər.
O vaxt Giorgi Canaşia, Quqa Barbakadze və Mixeil Kalandia həbs edilmişdilər.
Canaşia penitensiar müəssisədən artıq çıxıb. Proses razılaşması nəticəsidə, ona dörd il həbs cəzası verilmişdi.