Davit Qarecinin məsələsi üzrə ittihamçı tərəfin şahidi bu gün dindiriləcək
Davit Qarecinin məsələsi üzrə ittihamçı tərəfin şahidi bu gün dindiriləcək

 

Bu gün Tbilisi Şəhər Məhkəməsində Davit Qarecinin məsələsi üzrə növbəti iclas keçiriləcək. Proses ittihamçı tərəfin şahidinin dindirilməsi ilə davam etdiriləcək.

İşin prokuroru Mixeil Sadradzenin açıqladığı üzrə, bugünkü iclasda 1996-1998-ci illərdə Demarkasiya və Demilitasiya Komissiyasının sədri olmuş şahid dindiriləcək.

“Bu gün bir şahid dindiriləcək. Bu, 1996-1998-ci illərdə komissiyanın sədri olmuş şəxsdir. Onun ifadəsi Gürcüstanın 1996 və 2006-cı illərdə sərhəd xəttinin keçməsi ilə bağlı mövqeyini sənəd şəklində ifadə etməsi və digər dövlətlə mübadiləsi kontekstində vacibdir. Bu sənədlər 1996-cı ildə birbaşa müttəhimlər tərəfindən hazırlanıb. 2005, 2006, 2007-ci illərdə təqsirləndirilən şəxslər 1996-cı ildə tərtib olunmuş sənəddə göstərilən mövqeyi təkzib edərək, özlərinə zidd çıxış edərək, Gürcüstanın ziyanına razılaşdırıblar. Bütün digər sənədləri, xəritələri və materialları bir kənara qoyaq, 1996-cı ildə ifadə etdikləri mövqelərinə zidd çıxış etdilər. Odur ki, bu şahidin ifadəsi, o cümlədən Davit Qarecinin konkret hissələri ilə bağlı Gürcüstanın mövqeyinin formalaşmasının nəyə əsaslanması kontekstində əhəmiyyətli olacaq. Təbii ki, mühüm şahidlərdən biri olacaq, çünki Davit Qareci hissəsi ilə bağlı sənədlərdə də Abidələrin Mühafizəsi Departamentindən, sadə dillə desək, başqa qurumlardan konkret məlumat və mövqelər aldıqları və bununla da xəttin keçməsi ilə bağlı öz mövqelərini əsaslandırdıqları qeyd olunub. Bunun əksinə, artıq 2006-cı ildə bu hissə tamamilə başqa cür razılaşdırılıb, yəni onlar həm öz mövqelərinə, həm də bütövlükdə dövlətin mövqeyinə qarşı çıxıblar”- deyə prokuror açıqlayıb.

2020-ci ilin oktyabrın 7-də prokurorluq Davit Qarecinin məsələsi üzrə Xarici İşlər Nazirliyinin əməkdaşı İveri Melaşvili və Daxili İşlər Nazirliyinin əməkdaşı Natalia İliçovanı saxlayıb. Onlar Gürcüstan ərazilərinə qarşı yönəlmiş hərəkətlərdə ittiham olunurlar. Tbilisi Şəhər Məhkəməsi təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçib, lakin sonradan İveri Melaşvili və Natalia İliçova girov müqabilində sərbəst buraxılıb. Melaşvili və İliçova barələrində irəli sürülən ittihamı qəbul etmirlər.