Davit Qareci məsələsi ilə əlaqədar təqsirləndirilən İveri Melaşvili və Natalia İliçovanın prosesində iki şahid dindirilib
Davit Qareci məsələsi ilə əlaqədar təqsirləndirilən kartoqraflar İveri Melaşvili və Natalia İliçovanın bugünkü məhkəmə prosesində ittihamçı tərəfin iki şahidi dindirilib.
Milli Arxivin əməkdaşı Natela Mirianaşvili məhkəmədə Milli Arxivdə mühüm kartoqrafik materialın qorunub saxlandığını və Demarkasiya və Delimitasiya üzrə Dövlət Komissiyasının iş prosesində materialdan istifadə etdiyini bildirib. O, Gürcüstan -Azərbaycan sərhədinin demarkasiya prosesində şəxsən iştirak etmədiyini, lakin Rusiya-Gürcüstan və Ermənistan-Gürcüstan istiqamətində çalışdığını bildirib.
Onun sözlərinə görə, Rusiya ilə Gürcüstan arasında sərhədin müəyyən edilməsi prosesində Natalia İliçova da iştirak edib və o tapdığı arxiv materialı əsasında Gürcüstanın xeyrinə çertyojlar çəkib. Şahid bu faktın ictimailəşdirilməsindən sonra Rusiya nümayəndələrinin görüşə gəlmədiyini bildirib.
İkinci şahidə gəlincə, Qela Dumbadze Gürcüstanın Azərbaycandakı səfirinin köməkçisi olaraq fəaliyyət göstərdiyini və 2005-ci ildə iki ölkənin nümayəndələrinin Azərbaycanda keçirilən görüşündə iştirak etdiyini qeyd edib. O, bu görüşdə İveri Melaşvilinin də iştirak etdiyini bildirib.
Şahid, Gürcüstanın ziyanına dəyişmiş mövqe barədə eşitmədiyini və kartoqrafiya məsələləri üzrə mütəxəssis olmadığına görə mütəxəssislərin hazırladığı nəticələrin hansı sənədlərə əsaslandığını bilmədiyini vurğulayıb. Onun funksiyası iki ölkənin dövlət komissiyalarının nümayəndələrinin görüşünü təşkil etmək olub.
Melaşvili və İliçova Gürcüstan ərazilərinə qarşı hərəkətlərdə ittiham olunurlar. Onların barəsində qətimkan tədbiri olaraq girov hökmü seçilib.