Davit Matikaşvili - Yanvarın 24-də partiyanın siyasi şurasının iclası keçirilib, müvafiq qərarlar verilib, digər təfərrüatlar fevralın 1-dən sonra ictimaiyyətə məlum olacaq
Davit Matikaşvili - Yanvarın 24-də partiyanın siyasi şurasının iclası keçirilib, müvafiq qərarlar verilib, digər təfərrüatlar fevralın 1-dən sonra ictimaiyyətə məlum olacaq

 
Ümumilikdə Gürcüstan üçün mühüm ildir, seçki ilidir, “Gürcü Arzusu” partiyası seçkilərə hazırlaşır, hazırki siyasi şəraitdə rəqibsizdir -bu barədə “Gürcü Arzusu”nun üzvü Davit Matikaşvili açıqlayıb.

O bildirib ki, hansısa siyasi qrupun “Gürcü Arzusu”na əsl müqavimət göstərməsi və ya rəqabət aparmasını təsəvvür etmək çətindir.

“Oktyabrı gözləyək. Biz təbii ki, dərindən inanırıq ki, cəmiyyət növbəti dəfə düzgün qərar verəcək və “Gürcü Arzusu” hakimiyyətdə qalacaq. Fevralın 1-də partiyanın qurultayı keçiriləcək, ondan əvvəl, yanvarın 24-də partiyanın siyasi şurasının iclası keçirilib və müvafiq qərarlar qəbul edilib. Digər təfərrüatlar fevralın 1-dən sonra ictimaiyyətə məlum olacaq”- Matikaşvili açıqlayıb.