Davit Matikaşvili - Qaxaria vətənə, ölkəyə, xalqa qarşı hərəkət edən simasının yaxşı görünməsi və ictimaiyyətə göstərmək üçün hər şeyi etdi
Davit Matikaşvili - Qaxaria vətənə, ölkəyə, xalqa qarşı hərəkət edən simasının yaxşı görünməsi və ictimaiyyətə göstərmək üçün hər şeyi etdi

 
Qaxarianın və onun partiya nümayəndələrinin açıqlamaları, özlərinin dedikləri kimi, “gülməli deyil, ağlamalıdır”. Bu şəxs vətənə, ölkəyə, xalqa qarşı hərəkət edən simasının yaxşı görünməsi və ictimaiyyətə göstərmək üçün hər şeyi etdi- bu barədə parlament çoxluğunun üzvü Davit Matikaşvili jurnalistlərə açıqlamasında deyib.

Matikaşvili bildirib ki, Qaxaria ölkənin düzgün addımlar atacaq iqtidara ən çox ehtiyacı olduğu bir vaxtda xalqı tərk edib.

O qeyd edib ki, bugünkü nöqteyi-nəzərdən artıq bəllidir ki, Qiorqi Qaxaria, eləcə də onun partiyasının nümayəndələri “Milli Hərəkat”la birlikdə öz ölkələrinə necə zərər vurmağa çalışıblar və indi də çalışırlar.

“Qaxaria iqtidarı və əslində ona baş nazir olmaq mandatı vermiş xalqı tərk etmiş şəxsdir. Ölkəmizin güclü, düzgün addımlar atacaq iqtidara ən çox ehtiyacı olduğu bir vaxtda tərk etdi. Qaxarianın Melianın toxunulmazlığının götürülməsində israr etdiyi əksəriyyətinin iclasında mən iştirak etmişəm. Düz bir-iki günə o istefa verdi və yazıq siyasətçi siması göstərdi. Bir qayda olaraq, onun davranışı tamam fərqli olmalı, addımları başqa istiqamətdə atılmalı idi. Əslində, biz yalnız öz ambisiyalarına köklənmiş, əliboş siyasətçinin addımına şahid olduq, bu haqda sizi əmin edirəm ki, həm Sameqreloda, həm də Gürcüstanın istənilən bölgəsində hər kəs hər şeyi çox yaxşı bilir. Bu, həqiqətən də iki faizlik partiya və iki faizlik siyasətçidir, onun perspektivi bu iki faizdən heç cür kənara çıxa bilməz”- Davit Matikaşvili açıqlayıb.