Davit Matikaşvili - Gürcüstan Rusiyaya qarşı fərdi qaydada sanksiyalar tətbiq etmir, hərçənd ölkədən heç bir halda beynəlxalq sanksiyalardan yan keçmək üçün istifadə edilməyəcək
Davit Matikaşvili - Gürcüstan Rusiyaya qarşı fərdi qaydada sanksiyalar tətbiq etmir, hərçənd ölkədən heç bir halda beynəlxalq sanksiyalardan yan keçmək üçün istifadə edilməyəcək

 
Rusiyaya qarşı sanksiyaların tətbiqindən bu günədək Gürcüstanın beynəlxalq sanksiyalardan yan keçmək üçün istifadə edilməsinə dair bir fakt belə olmayıb-bu barədə parlament çoxluğunun üzvü Davit Matikaşvili açıqlayıb.

Deputat Aİ-nin sanksiya məsələləri üzrə xüsusi nümayəndəsi Devid O’Sallivan, ABŞ və Birləşmiş Krallığın sanksiya məsələləri üzrə nümayəndələri səfir Ceyms O’Brayen və Kumar İerin Gürcüstana səfərini şərh edib.

Matikaşvili avropalı həmkarlar ilə dialoqun və onların baxışları ilə tanış olmağın vacib olduğunu bildirib.

“Avropalı həmkarlarımızın Gürcüstana səfəri, onlarla dialoq və məlumat mübadiləsi çox vacibdir. Biz Gürcüstanın Rusiyaya qarşı fərdi qaydada sanksiyalar tətbiq etmədiyini, hərçənd ölkəmizin heç bir halda real olaraq mövcud olan beynəlxalq sanksiyalara məhəl qoymamaq üçün istifadə edilməyəcəyinə dair gürcü tərəfinin bəyan etdiyi mövqeyini dəfələrlə dilə gətirmişik.

Rusiyaya qarşı sanksiyaların tətbiqindən bu günədək Gürcüstanın beynəlxalq sanksiyalardan yan keçmək üçün istifadə edilməsinə dair bir fakt belə olmayıb. Belə ki, bizim üçün dialoqun olması, avropalı həmkarlarımızın baxışı ilə tanış olmaq vacibdir. Bu dialoq və münasibətlər kontekstində Gürcüstanın Avropa İttifaqına gedən yolda malik olduğu perspektivlərin daha da formalaşması və müəyyən edilməsi vacibdir” –deyə Davit Matikaşvili açıqlayıb.