Davit Kirkitadze Rustavidəki 21-ci seçki məntəqəsində seçicilərə göstəriş verib
Rustavidəki 21-ci seçki məntəqəsində “Milli Hərəkat”ın üzvü Davit Kirkitadze seçicilərə göstərişlər verib.
Məntəqə sədrinin sözlərinə görə, Kirtikadze səsvermə kabinəsində vətəndaşa göstərişlər verirmiş və bu səbəbdən o, bir neçə dəfə bildiriş alıb.
“Cəhd var idi, görünür belə, deyirdim ki, sizin buna hüququnuz yoxdur. Sonra mənə göstəriş verdi ki, onda siz yardım edin. Ona dedim ki, mənim girib kömək etməyə haqqım yoxdur, başqa seçici çağıraq. Bir oğlanı çağırdım, o, yardım edə bilmədi, rus dilini bilmədiyini dedi. Bir qızı içəri buraxdıq və bununla da insident başa çatdı. Cənab Davit bir neçə dəfə kabinəyədək getdi, başını soxdu və sonra geri çıxartdı”. – deyə rayon sədri bildirib.
Qeyd olunan faktla bağlı hələlik heç bir şikayət daxil olmayıb. Dairə seçki komissiyasının sədri Qaqa Aptsiauri bildirib ki, dairə komissiyasına şikayət daxil olarsa, bu halda ou müzakirə edəcək. Qaqa Aptsiauri izah edir ki, məntəqə sədri öz səlahiyyətləri çərçivəsində hərəkət edirdi, belə ki, qanuna əsasən, seçki məntəqəsində səs vermənin gizli olması gərək olan kabində səsvermə zamanı seçiciyə yalnız və yalnız, onun çağırdığı digər seçici yardım edə bilər.
“Mən məntəqə seçki komissiyasından məlumat almışam. Sədrlik edən şəxs öz səlahiyyətləri daxilində hərəkət etmiş və qanunla göstərmişdir ki, onun seçiciyə kömək etmək hüququ yoxdur. Aydınlaşdırmaq istərdim ki, seçki məntəqəsində səs vermənin gizli olması gərək olan kabində səsvermə zamanı seçiciyə yalnız və yalnız, onun çağırdığı digər seçici yardım edə bilər. Şikayət qeyd olunan zaman qanun çərçivəsində müvafiq müddətdə mütləq cavab verəcəm”. – rayon komissiyasının sədri bildirib.