Davit Kirkitadze - müharibədə olan ölkənin ali baş komandanının Mixeil Saakaşvilinin azadlığa buraxılmasını tələb etməsi faktı ilə qarşı-qarşıyayıq və görək, Gürcüstan hakimiyyəti necə reaksiya verəcək
Çətin vəziyyətdə həmrəylik nümayiş etdirən və Mixeil Saakaşvilinin həyatının xilas edilməsini və köçürülməsini tələb edən bütün insanlara təşəkkür etmək istəyirəm – bu barədə “Milli Hərəkat”ın üzvü Davit Kirkitadze açıqlayıb.
Kirkitadze Zelenskinin Gürcüstan hakimiyyətinə müraciət etdiyi və Saakaşvilini Ukrayna, Avropa və ya Amerikadakı klinikaya köçürməyə çağırdığı bəyanatına münasibət bildirib.
“Mən gürcü xalqına və gürcü hakimiyyətinə, Mixeil Saakaşvilinin həyatının xilas olmasına və onu həyatının pisləşməyəcəyi, təhlükə altında olmayacağı uyğun mühitə köçürməyə çağıran, şərlə müharibə aparan prezident Zelenskinin bəyanatına xüsusilə münasibət bildirmək istəyirəm. Biz Gürcüstan hakimiyyətindən daim eşitmişik ki, onlar Ukraynanın yanındadırlar, ukraynalı dostlarımızın, müharibə vəziyyətində olan dövlətin xahişlərini nəzərə alırlar, onların xahişlərini yerinə yetirirlər. Dünən və bu gün müharibədə olan ölkənin ali baş komandanının Mixeil Saakaşvilinin azadlığa buraxılmasını tələb etməsi faktı ilə qarşı-qarşıyayıq və görək, Gürcüstan hakimiyyəti necə reaksiya verəcək. Onlar həqiqətən dəstək olub, ukraynalı dostlarımızın xahişini nəzərə alacaqlar mı, yoxsa bir daha ölkə vətəndaşlarını çaşdırmağa cəhd edib, Ukrayna prezidentinin bu xahişini rədd mi edəcəklər” -deyə Kirkitadze açıqlayıb.