Davit Kevxişvili istefa etdi
Davit Kevxişvili istefa etdi

Dzyudo Federasiyasının prezidenti Davit Kevxişvili vəzifəsindən istefa etdi.

Bu barədə məlumatı Kevxişvilinin özü sosiyal şəbəkədə yaydı.

“Hər bir əməkdaşıma, həqiqi dzüdoçulara və dzyudo sevərlərə təşəkkür edirəm və onlara hörmətimi bildirirəm, ancaq bu mərhələdə sizinlə vidalaşmalıyam.

 

İndiyə qədər də istefa edə bilərdim, ancaq bunu müəyyən bir qrup öz şəxsi maraqlarına görə istədiyi üçün istefa vermirdim.

Mən Federasiya prezidentinin vəzifəsini tərk edirəm ki, öz fəaliyyətinə diqqətini yetirən həqiqi dzyudoçular işlərinə sakit mühitdə davam edə bilsinlər və mənə qarşı aparılan təxribatın qurbanı olmasınlar.

Əminəm ki, böyük çətinliklərlə yaratdığımız layihə, Gürcüstana və gürcü dzydosuna daha böyük müvəffəqiyyətlər gətirəcək” – dedi Davit Kevxişvili.

Dzyudo Federasiyasının prezidentinin istefasını dzyudoçular bir neçə aydır tələb edirdilər.

Bu tələblə onlar aksiya da keçirdilər.