Davit Qarecinin işi üzrə ittihamçı tərəfin şahidi dindirilir
Davit Qarecinin işi üzrə ittihamçı tərəfin şahidi dindirilir

 

Tbilisi Şəhər Məhkəməsində Davit Qareci məsələsinin müzakirəsi davam edir. İclasda ittihamçı tərəfin təqdim etdiyi şahid İrakli Lejava dindirilir.

Prokuror Mixeil Sadradze sözügedən şahidin 2006-2007-ci illərdə Demarkasiya və Demilitasiya Komissiyasının üzvü olduğunu bildirib. Sadradze açıqlayır ki, şahidin ifadəsi Gürcüstanın mövqeyinin formalaşması prosesində yalnız müttəhimlərin iştirak etdiyini təsdiq edəcək.

Bununla yanaşı, vəkil Qiorqi Mşvenieradze bildirir ki, iş üzrə faktiki məlumat verən şahidlərin ifadələri yalnız təqsirləndirilən şəxslərin təqsirsizliyini təsdiq edir.

Prokurorluq Davit Qareci işi üzrə Xarici İşlər Nazirliyinin əməkdaşı İveri Melaşvili və Daxili İşlər Nazirliyinin əməkdaşı Natalia İliçovanı 2020-ci ilin oktyabrın 7-də saxlayıb. Onlar Gürcüstan ərazilərinə zidd hərəkətlərdə ittiham olunurlar. Tbilisi Şəhər Məhkəməsi təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçib, lakin sonradan İveri Melaşvili və Natalia İliçova girov müqabilində azadlığa buraxılıblar. Melaşvili və İliçova barələrində təqdim olunan ittihamı etiraf etmirlər.