Davit Qareci məsələsi ilə bağlı məhkəmə prosesi fevralın 16-da keçiriləcək
Davit Qareci məsələsi ilə bağlı məhkəmə prosesi fevralın 16-da keçiriləcək

Davit Qareci məsələsi ilə bağlı məhkəmə prosesi təxirə salındı.

“Bir neçə detal dəqiqləşdiriləsidir, məhkəmə prosesi ona görə təxirə salındı. Biz məhkəməyə öz mövqeyimizi təqdim etdik, dəlillərimiz relevant və dəqiqdir. İveri Melaşvili və digər ittiham edilənlərin mövqeləri isə, sadəcə ictimai bəyanatlardır. İttiham edilən şəxs bəyan edir ki, xəritədə heçnə dəyişdirilməyib, çünki o ərazi Gürcüstana aid olmayıb” – deyir prokuror Mixeil Sadradze.

Davit Qareci məsələsi ilə bağlı məhkəmə prosesi fevralın 16-da, saat 14:00-da baş tutacaq və prosesdə dəlillərin məqbul olub-olmadığı müzakirə olunacaq.

Davit Qareci Məsələsi ilə bağlı ittiham edilən topoqraf İveri Melaşvili və Natalya İliçova girov əvəzinə azad olundular. Girov məbləği 20 min laridir.

Qeyd olunan şəxsləri polis oktyabrın 7-də həbs etmişdi.

Onlar Gürcüstan ərazilərinə qarşı qeyri-qanuni hərəkətlərdə ittiham edilirlər. İttiham edilən şəxslər isə, suçlamaları qəbul etmirlər.