Davit Qareci məsələsi ilə bağlı, Baş Prokurorluqda Laşa Darsalia dindirilir
Baş Prokurorluqda, David Qareci məsələsi ilə bağlı aparılan istintaq çərçivəsində, Gürcüstanın Xarici İşlər Nazirinin müavini və sərhədlərin demarkasiya komisiyasının sədri Laşa Darsalia dindirilir.
Sorğulanmaya gedə qədər, Laşa Darsalia bəyan etdi ki, məsələ ilə bağlı ilk dəfə dindirilir.
Darsalianin dediyinə görə, suallar ehtimala görə, delimitasiya-demarkasiya prosesinə aid olacaq.
Laşa Darsalia o qərarla bağlı da şərh verdi, hansına əsasən, iş adamı Davit Xidaşeli, gürcü tərəfində xarici ekspertlər tərəfindən hazırlanan ekspert qərarını verib.
“Bu qərarın istintaq üçün nə qədər relevant olduğunu bilmirəm. İstintaqa lazım olsa, onlar gərəkən materialları özləri tapacaqlar. 1996-cı ilin Gürcüstan və Azərbaycanın razılaşmasının əsas prinsipi odur ki, biz 1938-ci ilin xəttinə əsaslanırıq.
Bütün materiallar və 200-milik miqyaslı xəritə 38-ci ilin xəttinə relevantdır” – dedi Laşa Darsalia.