Davit Bakradze - İqtidar Zalkaniani və Lavrovun görüşü ilə bağlı ictimaiyyətin legitim suallarına inandırıcı cavab verməlidir
“Avropa Gürcüstanının” liderlətindən birinin, deputat Davit Bakradzenin, Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkanianinin Sergey Lavrovla görüşünün məqsədinin nə olduğu və bu görüşün Gürcüstan tərəfindən deklarasiya edilən dəyərlərə nə qədər uyğun olduğu ilə bağlı sualları var.
Davit Bakradzenin dediyinə görə, belə formatla və kontekstlə Rusiya ilə dialoq problem deyil.
“Problem görüş deyil. Problem odur ki, bu görüş haqqında məlumatı Gürcüstan ictimaiyyəti Rusiya tərəfindən alır. Təbii ki, suallarımız yaranır: bu görüşün məqsədi nə idi. Buna görə də, iqtidar ictimaiyyətin legitim suallarına cavab verməyə məcburdur” – dedi Davit Bakradze.
Bakradzenin dəyərləndirilməsi ilə, işğalçılarla dialoq ölkənin maraqları qorunaraq, aparılmalıdır, ancaq gizlicə deyil.
Bu şərhləri Davit Bakradze Enquri körpüsünün yanında verdi, harda “Avropa Gürcüstanının” üzvləri Suxuminin düşməsi günü ilə bağlı yığılıb, ölkənin ərazi bütövlüyü uğrunda həlak olanların xatirələrini yad etdilər.
Xatırladaq ki, Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani Nyu-Yorkda, Baş Assambleyanın 74-cü sessiyası çərçivəsində, İsveçrə Konfederasiyasının təşəbbüsü və təşkili ilə, dünən Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla görüşdü.