Davit Bakradze -ərazi bütövlüyü və regional təhlükəsizlik məsələləri İrakli Ğaribaşvili və nümayəndə heyətinin Nyu-Yorkda keçiriləcək görüşlərinin əsas gündəmində olacaq
Ərazi bütövlüyü və regional təhlükəsizlik məsələləri İrakli Ğaribaşvili və nümayəndə heyətinin Nyu-Yorkda keçiriləcək görüşlərinin əsas gündəmində olacaq-bu barədə Gürcüstanın BMT-dəki səfiri Davit Bakradze açıqlayıb.
O, Gürcüstanın baş naziri və nümayəndə heyətinin artıq Nyu-Yorkda olduğunu, baş nazirin BMT-nin 77-ci sessiyasında iştirak edəcəyini və ümumi debatlar zamanı dünya liderləri qarşısında çıxış edəcəyini bildirib.
“Bununla yanaşı, Gürcüstan nümayəndə heyətinin iştirak edəcəyi bir sıra görüşlər keçirilir. İkitərəfli görüşlər planlaşdırılır. Dünya birliyinin istər dünya təhlükəsizliyi, istər davamlı enerji inkişafı, istər enerji təhlükəsizliyi, istərsə də digər istiqamətlərdə bir çox çağırışlarla üzləşməsindən irəli gələrək bu çox vacib dövrdür. Əlbətdə, bu məsələlər, ərazi bütövlüyü, regional təhlükəsizlik məsələləri və s. kimi çağırışlarımızdan irəli gələrək Gürcüstanın baş naziri və nümayəndə heyətinin görüşlərinin əsas gündəliyində olacaq” – deyə Davit Bakradze açıqlayıb.