Davit Bakradze - Bugünki pensiya islahatı tamamilə mənasız bir zorakılıq planıdır
“Avropalı Gürcüstan” partiyasının liderlərindən biri olan deputat Davit Bakradze pensiya islahatını mənasız zorakılıq planı adlandırdı.
Bakradzenin dediyinə görə, qeyd olunan islahat çərçivəsində vətəndaşlardan hər ay zorla pul alırlar və komersiyal banklara verirlər.
“Hər ay vətəndaşların maaşı kəsilir. Bu növbəti bir bürokratiyadır və hər birimiz öz cibimizdən komersiyal banklara pul ödəyirik” – dedi Davit Bakradze.
Bakradzenin dediyinə görə, “Avropalı Gürcüstan” qeyd olunan planın dəyişdirilməsini və onun könüllü alternativinin qəbulunu tələb edir. Qeyd olunan alternativi partiya artıq təqdim edib.
Xatırladaq ki, yığılan pensiya haqqında qanunun qüvvəyə minməsi ilə bağlı bugün pensiya agentliyinin direktoru Levan Surquladzeyi parlamentin sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin iclasında dinlədilər.