Davit Asatiani - Ümid edirəm ki, dekabrın 20-dəki iclasda ağlabatan qərar veriləcək və Vaja Qaprindaşviliyi azad ediləcək
“Ümid edirəm ki, dekabrın 20-də keçirilməsi planlanan iclasda ağlabatan bir qərar veriləcək və həkim Vaja Qaprindaşvili artıq azad ediləcək” – bu bəyanatı Gürcüstanın vəkillər asosiasiyasının sədri Davit Asatiani jurnalistlərlə söhbət zamanı verdi.
“Mən dünən də optimizmlə onun azad edilməsini gözləyirdim, çünki əvvəlcədən belə bir məlumat var idi. Təəssüf ki, oradakilərin o qədər ağlı çatmır ki, humanitar fəaliyyətə görə həbs edilən həkimi azad buraxsınlar. Qondarma sərhədləri tanımayan həkim bir aydan artıqdır ki, həbs cəzası çəkir” – dedi Davit Asatiani.
Vaja Qaprindaşvilinin məhkəmə prosesi dünən keçirildi və qondarma rejim onu həbsdə saxladı.