Davit Araxamia - Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın əraziləri olduğunu bilirik və bu da həll olunmalıdır, Gürcüstanda yeni iqtidar bunu etməlidir
Davit Araxamia - Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın əraziləri olduğunu bilirik və bu da həll olunmalıdır, Gürcüstanda yeni iqtidar bunu etməlidir

 
Ukrayna Radasının “Xalqın xidmətində” fraksiyasının lideri Davit Araxamia bildirib ki, gürcülər seçkilərdə hakimiyyəti dəyişməlidirlər və bu, vəziyyəti kökündən dəyişəcək.

Davit Araxamianın fikrincə, “Gürcü Arzusu”nun hakimiyyətdə qalması Gürcüstanın Avropa İttifaqına daxil olması yolunda problemlər yaradacaq.

Bununla yanaşı, Davit Araxamiya bildirir ki, Ukraynadakı müharibə uğurla başa çatacaq və Rusiyanın Abxaziya və Cənubi Osetiyaya qarşı eyni siyasəti davam etdirməklə bağlı böyük seçimi qalmayacaq.

“Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın əraziləri olduğunu bilirik və bu da həll olunmalıdır, Gürcüstanda yeni iqtidar bunu etməlidir” – deyə Davit Araxamia “Mtavari Arxi”yə müsahibəsində bildirib.