Davit Ağmaşenebeli xiyabanının 15-ci kilometrliyində aparılan işlər ilə əlaqədar olaraq avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Tbilisi meriyasının məlumatına əsasən, Davit Ağmaşenebeli xiyabanının 15-ci kilometrliyində aparılan işlər ilə əlaqədar nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Onların məlumatına görə, məhdudiyyət müddətində avtomobillər Davit Ağmaşenebeli xiyabanından Sxvitori, Avchala küçəsi və Tbilisi ətraf yolları ilə hərəkət edə biləcək.
“Davit Ağmaşenebeli xiyabanının 15-ci kilometrliyində yerləşən piyadalar üçün körpünün bərpası davam edir. Layihə Meriyanın İnfrastrukturun İnkişafı Şəhər Xidməti tərəfindən həyata keçirilir.
Planlaşdırılan işlərlə əlaqədar olaraq, cari il oktyabrın 8-də saat 05:00-dan 08:00-dək Davit Ağmaşenebeli xiyabanında, “Tbilisi Mall” ticarət mərkəzinin ətraf ərazisi ilə kəsişməsindən Tbilisi ətraf yolları və Tbilisi-Senaki-Leselidze avtomobil yoluna qədər avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Mövcud yol hissəsində isə məhdudiyyət müddətində avtonəqliyyat vasitələri Davit Ağmaşenebeli xiyabanından Şvitori küçəsi (Zahesi körpüsü adı ilə bilinən), Avchala küçəsi və Tbilisi ətraf yollarından istifadə etməklə hərəkət edə biləcək.
Tbilisi meriyası yaranmış narahatlığa görə üzr istəyir”, – meriyanın məlumatında deyilir.
Müəllif -
Mehemmed Bayramaliyev